Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-25 15:04:00
Dövlət İmtahan Mərkəzi yeni sınaq imtahanlarına  başlayır

Dövlət İmtahan Mərkəzi və otk.az portalı yeni onlayn sınaq imtahanlarına start verir.

DİM-dən AzEdu.az-a daxil olan məlumata görə, “otk.az” portalında qeydiyyatdan keçib onlayn buraxılış imtahanlarına yazılıb, özünüzə uyğun günün istənilən vaxtı imtahan verə bilərsiniz.

Portalda aşağıda qeyd olunan imtahanların  iştirakçısı ola bilərsiniz:

- IX sinif buraxılış imtahanı (I və II mərhələ)
- IX sinif Rus bölməsi üçün Azərbaycan dili imtahanı
- XI sinif buraxılış imtahanı (qəbul imtahanının 1-ci mərhələsi)
- XI sinif Rus bölməsi üçün Azərbaycan dili imtahanı

Xatırladaq ki, buraxılış imtahanları Azərbaycan və rus bölmələri üçün nəzərdə tutulub. İmtahanlar tədris proqramının yanvaradək olan hissəsini əhatə edir.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları