Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-12 12:32:00
Məktəblilər beynəlxalq olimpiadada uğur qazandı

7-12 may tarixlərində Serbiyanın paytaxtı Belqrad şəhərində 35-ci Balkan Riyaziyyat Olimpiadası keçirilib.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, olimpiadada ölkəmizi təmsil edən məktəblilər uğurla çıxış edib. Belə ki, komandanın üzvləri Ramil Cəbiyev, Murad Ağazadə, Anar Abbaslı və Anar Rzayev olimpiadanın bürünc, Fərid İsmayılov isə həvəsləndirici sertifikata layiq görülüb.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən Fizika, riyaziyyat və informatika təmayüllü, Kimya-biologiya təmayüllü liseylərdə yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində 200-ə yaxın şagird il ərzində olimpiadalara hazırlıq prosesinə cəlb edilib.