Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-12 12:15:00
“Müəllim bu kitabları almaq üçün biraylıq maaşını xərcləməlidir” – Ekspertdən irad

 

“Rus və ingilis dillərində nəşr olunan kitabları almaq üçün bir aylıq müəllim maaşı məbləğində pul tələb olunur”

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, bu hal Azərbaycan dilində olan kitablarda da müşahidə olunur.

“Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı əla kitablar çap olunub. Təhsil və tarixlə bağlı rus və ingilis dillərində əla kitablar gətiriblər. Amma büdcəyə uyğun deyil. 
Aidiyyati dövlət orqanları kitab nəşr edən nəşriyyatlara böyük güzəştlər tətbiq etməlidir. İnsanlar bu baha qiymətə kitab alıb oxumaz. Mənə lazım olan 5-6 kitab götürdüm, kassada 120 manat elədi. Kitab üçün aylıq 50 manat büdcə xərcləri müəyyən edirəm. Bu bir az çox oldu. Mənim kimi baha olduğuna görə çox adam istədiyi kitabı ala bilmir. Kitabxanalarda da bu tipli kitablar olmur. Məncə, qiraətxanalar, kitab klubları açmaq lazımdır. İri ticarət mərkəzlərində kitab oxumaq üçün yer ayrılmalı və müxtəlif  kitablar qoyulmalıdır”.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları