Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-12 12:00:00
“Fərəh Əliyevanın bu vəzifəni uğurla icra edəcəyinə inanıram və buna əsasım da var” –  Şahlar Əsgərov

 

 

 “Dünən dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə Fərəh Şirməmməd qızı Əliyeva Prezidentinin Administrasiyasının  humanitar - siyasət məsələləri şöbəsinin müdiri təyin edilib. İnanıram və bu inama da əsasım var ki, Fərəh xanım bu vəzifəni uğurla icra edəcəkdir. Elmin, təhsilin potensialını dövlətimizin çiçəklənməsinə yönəldəcəkdir”.

 Bu sözləri AzEdu.az-a açıqlamasında sabiq  millət vəkili, professor Şahlar Əsgərov deyib.  Onun sözlərinə görə, cəmiyyətdə və dövlətin idarə edilməsində humanitar elmlərin rolu böyükdür:

“Cəmiyyətin inkişafında  humanitar elmlərin rolu fundamental elmlərin rolundan daha böyükdür. Düzdür, dəqiq elmlərin yaratdığı motor, telefon, TV,  kompüter  və təbabət elminin uğurları  inqilabidir. Hansı ki, humanitar sahədə ixtiralar aydın sezilmir. İdarəetmədə qazanılan uğurlar daha möhtəşəmdir. Sinqapur, Cənubi Koreya dövlətləri dəqiq elmlər vasitəsi ilə yox, humanitar elmlər sahəsində inkişaf ediblər. ABŞ və Böyük Britaniyanın  idarə  edilməsində  aşkar sezilməyən bir sosial  ixtiradan istifadə edilir. Belə ki, zaman-zaman (periodik olaraq) gah kütlənin mənafeini müdafiə edən demokratları, gah da fərdlərin mənafeini müdafiə edən kapitalistləri idarə etməyə cəlb edirlər. Yəni,  gah müəllimlərin, həkimlərin, sadə insanların mənafeləri müdafiə olunur, gah da iri kapitalistlər, sənayeçilər, iş yeri yaradanlar himayə olunur. Demokrat Barak Obama gedir, yerinə respublikaçı Donald Tramp gəlir. İnkişafın sirri də bu siyasətdədir.

Ekspertin sözlərinə görə, M.Ə Rəsulzadə bu incəliyi 100 il öncə duyub:

“Mədəniyyətin amacı  idarəetməni elmə tabe etməkdir” fikri də ona məxsusdur.  Təəsüf ki, bu fikir tətbiq edilmədi.

Dünən dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə Fərəh Şirməmməd qızı Əliyeva Prezidentinin Administrasiyasının  humanitar - siyasət məsələləri şöbəsinin müdiri təyin edilib. İnanıram və bu inama da əsasım var ki, Fərəh xanım bu vəzifəni uğurla icra edəcəkdir. Elmin, təhsilin potensialını dövlətimizin çiçəklənməsinə yönəldəcəkdir”.

Nəzrin Rüstəmova

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları