Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-12 09:36:47
“Azərbaycanda təhsil muzeyinin yaradılmasına ehtiyac yoxdur”- Deputat Kamilə Əliyeva

“Azərbaycanda mövcud olan Xalq Təhsili Muzeyi bütün standartlara cavab verir”

Bu sözləri AzEdu.az-a açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Kamilə Əliyeva deyib. Onun sözlərinə görə, bu muzey Azərbaycanda olan ən gözəl muzeylərdən biridir:

“Azərbaycanda Təhsil Nazirliyinin nəznində Xalq Təhsili Muzeyi fəaliyyət göstərir. Bu muzeyin fəaliyyətini yüksək qiymətləndirirəm. Bütün tələblərə cavab verir. Çox gözəl muzeydir və hər dəfə yenilənir. Muzeyə eksponatlar əlavə olunur və yüksək səviyyədə fəaliyyətini davam etdirir. Mənə elə gəlir ki, yeni Təhsil muzeyinin yaradılmasına heç bir ehtiyac yoxdur”.

Qeyd edək ki, Xalq Təhsili Muzeyi XKS-nin 27 aprel 1932-ci il tarixli, 651 nömrəli qərarına əsasən 1930-cu ildə təşkil edilən pedaqoji sərginin və Pedaqoji muzeyin  bazasında yaradılıb. Azərbaycan Respublikası Təhsil Nazirliyi Xalq Təhsili Muzeyinin fəaliyyətinin əsas məqsədi qədim zamanlardan etibarən müasir dövrə qədər Azərbaycanda pedaqoji fikrin, elm və təhsilin inkişaf tarixini əks etdirmək, bu sahədə elmi-axtarış işi aparmaq, bütövlükdə fasiləsiz təhsil sisteminin bütün pillələrində qazanılan uğurların, təhsilin yetirdiyi ən görkəmli şəxsiyyətlərin fəaliyyətini təbliğ etməkdir. 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları