Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-21 15:35:00
Azərbaycan Universitetində elmi məqalələrin hazırlanması qaydalarına həsr olunan növbəti seminar

Azərbaycan Universitetində doktorant və dissertantlar üçün elmi məqalələrin hazırlanması və təqdim olunması qaydalarına həsr olunmuş növbəti seminar keçirilib.

Universitetdən AzEdu.az-a bildirilib ki, “Tədqiat – elmi nəticə - elmi məqalə” mövzusunda seminarı Elm şöbəsinin müdiri Lətifə Ağamalıyeva aparıb.

Seminar elmi məqalə anlayışı, elmi məqalənin tipinin müəyyən edilməsi və strukturu, açar sözlərin seçilməsi, giriş, əsas hissə və nəticənin yazılması, ədəbiyyat siyahısının tərtib olunması, cədvəl, şəkil və qrafiklərin yerləşdirilməsi kimi mövzuları əhatə edib. Seminarda Ali Attestasiya Komissiyasının tələb etdiyi beynəlxalq jurnallar, “Clarivate Analytics (Thomson Reuters)” agentliyinin “Web of Science” bazası, bazada məqaləyə uyğun jurnal axtarılması, qeydiyyat qaydaları, impakt faktor anlayışı, məqalənin seçilmiş jurnalın tələblərinə uyğun hazırlanması və jurnala təqdim edilməsi haqqında ətraflı məlumat verilib.

Sonda doktorant və dissertantların sualları cavablandırılıb.