Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-11 17:57:40
Qafqazşünas alimlər Bakıda toplaşacaqlar  

Mayın 23-də Azərbay6can Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

AMEA-dan AzEdu.az-a bildiriblər ki, akademiyaının Qafqazşünaslıq İnstitutunun təşkil etdiyi tədbir Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunub.

İkigünlük konfransda Qafqaz ölkələrinin xarici siyasəti və münasibətləri, Qafqazda geosiyasi şərait, Qafqaz regionunda baş verən siyasi, sosial-iqtisadi və digər problemlər, münaqişələr, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Qafqazda sivilizasiyaların və mədəniyyətlərin əlaqələri bölmələri üzrə müzakirələr aparılacaq.