Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-11 16:43:00
Qocalığın əlacı tapıldı - Super-insan yaradılacaq

10 il ərzində bütün viruslar məhv ediləcək.

AzEdu.az Teleqraf.com-a istinadən xəbər verir ki, genetiklər apardıqları araşdırma nəticəsində bu qənaətə gəliblər.

Onların fikrincə, insan genlərini radiasiyaya, soyuğa və qocalığa davamlı olması üçün proqramlaşdırmaq mümkün olacaq.

“Genom” layihəsi alimlərinin verdiyi məlumata əsasən, 10 ildən sonra insan genlərinin proqramlaşdırılması super-insan yaratmağa imkan verəcək. Bu insanların viruslara, xərçəngə, yaşlanmağa, radiasiyaya və donmağa qarşı immunitetləri güclü olacaq.

Elm adamları bağırsaq çöplərindəki bakteriya hüceyrələri üzərində təcrübə aparır. Bakteriya üzərində 321 dəyişiklik edildikdən sonra hüceyrədə viruslara immunitet yaranıb.

Bitki və ya məməlilərin genomunu yenidən reproduktivləşdirmək üçün təxminən 400 min dəyişiklik etmək lazımdır.

Harvard Tibb Məktəbinin professoru Corc Çerç 20 min insan genindən bütün əlavə genetik kodları çıxarmağın gərəkdiyini bildirib.

Genom - DNT-ni təşkil edən nükleotidlərin ardıcıllığını müəyyən etmək və insan genomunda 20-25 min gen müəyyən etmək üçün beynəlxalq bir araşdırma layihəsidir.

Bu, biologiya sahəsində ən böyük beynəlxalq əməkdaşlıq layihəsidir.