Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-20 09:59:00
“UNEC-də 1 gün”

“UNEC-də 1 gün” layihəsi abituriyentlərə dəstək olmağa davam edir.

Yeni tədris ilinin ilk iştirakçıları Ceyranbatan qəsəbəsinin 1 saylı tam orta məktəbinin X-XI sinif şagirdləri olub.

Şagirdlərə bir günlük tələbə biletləri təqdim edildikdən sonra onlar istəklərinə uyğun olaraq Marketinq, Beynəlxalq İqtisadiyyat Məktəbində (İSE) isə İngilis dili  dərsini dinləyiblər.

Məktəblilər UNEC-də infoturda da olublar. II ixtisas qrupu üzrə hazırlaşan abituriyentlərə UNEC-də bu istiqamət üzrə mövcud olan fakültə və ixtisaslar barədə ətraflı məlumat verilib. UNEC-in xüsusi təqaüd, dünyanın nüfuzlu universitetləri ilə ikili diplom və mübadilə proqramlarının tələbələrə qazandırdığı üstünlüklərdən də bəhs olunub.

Abituriyentlərin UNEC-in 24/7 kitabxanası, müasir texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalar, yeməkxana və akt zalları ilə tanışlığı da olub.

Məlumat üçün bildirək ki, “UNEC-də 1 gün” layihəsində iştirak etmək istəyənlər 492-60-43, 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.