Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-19 13:20:00
Uşaqlı qadın müəllimlərin hansı əlavə hüquqları var?-Cavab

AzEdu.az mütəmadi olaraq, direktorların işə qəbul müsabiqəsi, namizədləri maraqlandıran sualların cavabı barədə yazılar yayımlayır. Direktor olmaq istəyənləri ən çox verilən suallardan biri də uşaqlı qadın müəllimlərin məzuniyyət hüquqları ilə bağlıdır.

Sual:    

Uşaqlı qadın müəllimlərin hansı məzuniyyət hüquqları var?

Cavab:

AzEdu.az məlumat verir ki, bu barədə məsələlər Əmək Məcəlləsində əksini tapıb. Məcəlləyə əsasən, əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 gün, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 gün əlavə məzuniyyət verilir.

Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin də əlavə məzuniyyət hüququ var.

Bu maddə ilə müəyyən edilmiş əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır.

Qeyd edək ki, direktorların işə qəbulu müsabiqəsində pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edirlər. Təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqdaisəbu müddət 3 il müəyyən edilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları