Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-19 09:33:00
Məktəblilərin qəbul və buraxılış göstəriciləri-Rəsmi

2018-ci ildə Azərbaycanın ayrı-ayrı bölgələrini təmsil edən məzunların imtahan nəticələrinin elmi-statistik təhlili açıqlanıb.

Bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

AzEdu.az adıçəkilən jurnala istinadən bölgələr üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrini silsilə şəkildə oxuculara təqdim edəcək.

Budəfəki  yazıda Salyan rayonu üzrə məzunların ali məktəblərə qəbul imtahanlarında göstərdikləri nəticələrin statistik təhlilini diqqətə çatdırırıq.

2018-ci ildə rayonun ümumtəhsil müəssisələrini 1132 şagird bitirib, onların 1057 nəfəri buraxılış imtahanında iştirak edib və 594 nəfəri hər üç fənn üzrə müvəffəq qiymət alıb.

Rayon məzunlarının buraxılış imtahanında tədris dili fənni üzrə topladıqları orta bal 15.39, riyaziyyat fənnindən 15.77, xarici dil (kimya) fənnindən 12.82, hər üç fənn üzrə birlikdə 43.97-yə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən müvafiq olaraq 11.51%, 6.48%, 13.04%, 10.23% aşağıdır.

Buraxılış imtahanında tədris dili fənni üzrə məzunların 21.29%-i “2”, 38.60%-i “3”, 24.88%-i “4”, 15.23%-i “5”, riyaziyyat fənni üzrə 26.68%-i “2”, 25.26%-i “3”, 24.60%-i “4”, 23.46%-i “5”, xarici dil (kimya) fənni üzrə isə 31.69%-i “2”, 35.19%-i “3”, 19.30%-i “4”, 13.81%-i “5” qiyməti alıb. Ümumilikdə, 1059 nəfər attestat alıb.

Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 357 məzunu (imtahanlarda iştirak edənlərin 54.50%-i) tələbə adını qazanıb. Onların 41.46%-i (148 nəfəri) dövlət, 0.28%-i (1 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 49.02%-i (175 nəfəri) dövlət, 9.24%-i (33 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub. Bütün imtahan fənləri üzrə göstəricilər respublika üzrə orta göstəricilərdən yuxarıdır. Rayonun ədəbiyyat fənni üzrə göstəricisi respublika üzrə ən yüksək göstəriciyə bərabərdir.

Rayon məzunlarının 84 nəfəri 500-dən, o cümlədən 27 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub. Rayon abituriyentlərinin I-IV qruplar üzrə qəbul imtahanlarında topladıqları orta bal 285.82-yə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 4.3% yuxarıdır.

Rayon abituriyentlərinin yalnız 43.09%-i 300-dən yuxarı bal toplayıb. Rayonun attestat qiymətləri əla olan abituriyentlərindən 4.21%-i 200 baldan aşağı nəticə göstərib.

500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 49.47%-dir. Qəbul imtahanlarında 39 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən 9 saylı şəhər və Peyk kənd tam orta məktəblərinin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb. Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun Humanitar fənlər təmayüllü 1 saylı məktəb-liseyi və 4 saylı şəhər tam orta məktəbləri daxil olub.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları