Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-18 11:16:00
DİM sosial şəbəkədə gərginlik yaradan daha bir sualı cavabladı

 

Sosial şəbəkələrdə 2020-ci ildə keçiriləcək tələbə qəbulu müsabiqəsi zamanı subbakalavrların uyğunluq cədvəlinə dəyişikliyin ediləcəyinə dair məlumatlar yayılıb.

Yayılan məlumatlara görə, uyğunluq cədvəlinə ixtisas qrupları üzrə müəyyən ixtisaslar əlavə ediləcək.

Mövzuyla bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, hazırda belə bir dəyişikliyin edilməsi nəzərdə tutlmayıb. Əgər cədvəldə hər hansı dəyişiklik olarsa, ictimaiyyətə bu barədə məlumat veriləcək.

Xatırladaq ki, subbakalavr uyğunluq cədvəli əsasında kollecdə bitirdiyi ixtisasa uyğun olaraq ali məktəblərin tələbə qəbulu müsabiqəsində iştirak edir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları