2018-05-11 12:45:00
Kooperasiya Universiteti EQAC layihəsinin tərəfdaşı oldu
Aprelin 24-25-də Bakı Biznes Universiteti tərəfindən hazılanmış və Avropa Komisiyası tərəfindən təsdiq edilmiş Erasmus+ proqramı çərçivəsində "Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)” adlı layihə ilə bağlı tədbirlər keçirilib.
AzEdu.az-ın xəbərinə görə, layihənin aprelin 24-də Boulevard oteldə keçirilən təqdimatında Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə yanaşı, Avropanın 5 ali təhsil müəssisəsi və ölkəmizin 11 ali təhsil müəssisələrinin rəhbərliyi, millət vəkilləri, müxtəlif ali məktəblərin rəhbərləri və tanınmış elm xadimləri iştirak ediblər.
Azərbaycan Kooperasiya Universitetinin (AKU) tərəfdaşlarından biri olduğu beynəlxalq layihənin açılış tədbirində Tədris işləri üzrə prorektor Fikrət Quliyev universiteti təmsil edib.
Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov tədbiri giriş sözü ilə açaraq tədbir iştirakçılarını, bütün qonaqları salamlamlayıb, layihə ilə bağlı açıqlama verib və bu layihənin həyata keçirilməsində iştirak edəcək ali təhsil müəssisələrinə uğurlar arzulayıb. Sonra Avropa Komissiyasının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri cənab Kestutis Yankauskas layihənin Azərbaycan universitetlərində uğurla həyata keçiriləcəyinə inamından bəhs edərək Avropa Komissiyası ilə Azərbaycan Respublikası arasında münasibətlərin inkişaf perspektivlərindən danışıb.
Sonra Təhsil Nazirliyinin nümayəndəsi Yaşar Ömərov layihənin həyata keçirilməsinin Azərbaycan universitetləri üçün önəmli olduğunu və bunun gələcəkdə bütün Azərbaycan universitetlərinə tətbiqini məqsədyönlü hesab etdiyini bildirib. Daha sonra Böyük Britaniya, İspaniya, İsveç, Litva universitetlərinin nümayəndələri çıxış edərək müasir təhsil sistemi üçün bu layihənin mühüm əhəmiyyətindən bəhs ediblər. Tədbir layihə barədə təqdimatlarla davam edib, o cümlədən Azərbaycan Kooperasiya Universitetindən Vüsalə Bayramova AKU-nun təqdimatını nümayiş etdirib.
EQAC layihəsinin açılış mərasimindən sonra aprelin 25-də Bakı Biznes Universitetində rəhbərliyin, layihə koordinatorunun, yerli və xarici tərəfdaş ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə ilk iclas keçirilib. Əsas məqsədi Azərbaycan ali təhsil müəssisələrində Keyfiyyətin təminatı mərkəzlərinin yaradılması, iş prinsiplərinin beynəlxalq standartlara uyğunlaşdırılmasından ibarət olan layihə çərçivəsində həyata keçiriləcək təlimlər, yerli və xarici səfərlər, onların idarə olunması məsələləri, ən əsası isə sonda universtetlərdə keyfiyyətin daha mükəmməl idarəetmə sisteminin qurulması məqsədilə onlayın platforma yaradılacağı bildirilib.
Bu bölməyə aid digər xəbərlər
MDU Ali Təhsil Liderlik Forumunda təmsil olunur
2024-04-18 09:13:27
“Cümhuriyyət məfkurəsi” kitabı çapdan çıxıb
2024-04-17 17:18:53
Rektor imtahanında maksimum bal toplayan şagirdlə görüşüb
2024-04-17 16:56:51
LDU-da Memorandum imzalanıb
2024-04-15 16:28:26
ADPU-nun dekanı vəfat etdi
2024-04-13 10:54:06
Səfirlik GIPA jurnalistika üzrə magistr proqramına tələbə qəbulu elan edib
2024-04-06 16:54:16
AzTU şəhid məzununa həsr olunan anım tədbiri...
2024-04-05 17:13:25
BMU tələbələri Koreyada tədqiqat proqramında iştirak edib
2024-04-04 17:33:00
Elm və Təhsil Nazirliyinə yeni TƏYİNAT
2024-04-04 12:30:00
Xaricdə təhsil alan daha 58 nəfərin diplomu tanınmayıb
2024-04-03 12:26:24
kitabı
ÇOX OXUNANLAR
18 Aprel 2024, 12:35
Sertifikasiya imtahanının vaxtı AÇIQLANDI
18 Aprel 2024, 10:04
DİM-dən 17 mart buraxılış imtahanının nəticələri ilə bağlı AÇIQLAMA
17 Aprel 2024, 10:21
Sertifikasiya:“Müəllimlərin hazırlığa getməsi qəbuledilməzdir”
17 Aprel 2024, 12:14
Regionlar üzrə ən çox bal toplayanlar – Mərkəzi Aran bölgəsinin ŞAGİRDLƏRİ
16 Aprel 2024, 13:10
10 mart buraxılış imtahanının nəticələri AÇIQLANDI
18 Aprel 2024, 12:40
Sertifikasiyadan keçə bilməyənlər bu il imtahan verəcək
11 Aprel 2024, 10:25
Hansı ixtisas qruplarına qəbul olmaq asandır?
16 Aprel 2024, 13:26
Buraxılış imtahanından maksimum balı onlar topladı - SİYAHI
FACEBOOK