Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-11 13:17:00
Ən yaxşı bədii qiraətçi şagirdlər məlum oldu

““Azərbaycan Xalq Cümhuriyyəti ili” milli özünüdərkin gerçəkləşməsi üçün zəmindir” adlı “Ən yaxşı şeir ifaçısı” bədii qiraət müsabiqəsinin qalibləri bəlli olub.

AzEdu.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilən müsabiqənin qalibləri münsiflər heyəti tərəfindən 5 bal sistemi ilə qiymətləndirilib.

Belə ki, müsabiqənin nəticələrinə əsasən, 10-14 yaş qrupları üzrə 58 nömrəli tam orta məktəbin şagirdi Səma Əsədova I, 61 nömrəli tam orta məktəbin şagirdi Mədinə Əhmədova II və 164 nömrəli tam orta məktəbin şagirdi Lamiyə Əliyeva III yerə layiq görülüb. 15-18 yaş qrupları üzrə isə 270 nömrəli tam orta məktəbin şagirdi Nigar Hüseynzadə I, 233 nömrəli tam orta məktəbin şagirdi Bəhruz Yəhyayev II və 46 nömrəli tam orta məktəbin şagirdi Nuray Həsənova III yeri tutub.

Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Qeyd edək ki, müsabiqənin əsas məqsədi şərqdə ilk demokratik respublika qurucularının dövlətçilik tarixində göstərdikləri misilsiz xidmətlər barədə məktəblilərin əldə etdikləri bilikləri təkmilləşdirmək, onların vətənpərvərlik hisslərini daha da artırmaq, nitq mədəniyyətini formalaşdırmaq və bədii qiraət sahəsində istedadlı şagirdləri müəyyənləşdirməkdən ibarətdir.