Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-17 12:57:00
Şagirdləri “Bakı Metropoliteni”nə apardılar - FOTOLAR

Bakı şəhər Gənclər və İdman idarəsinin təşəbbüsü ilə Arif Hüseynzadə adına 20 saylı məktəb liseyin 8L1 sinif şagirdləri sinif rəhbərləri Samirə Abbasovanın rəhbərliyi altında “Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzində olub.

AzEdu.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri  Bəxtiyar Məmmədov və müvafiq sahələrin mütəxəssiləri öncə şagirdləri mərkəzin giriş və dəhlizlərində xronoloji ardıcıllıqla metro tarixinin əks etdirən foto stendlərlə tanış edərək, onlara ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin metropolitenin inkişaf tarixindəki missiyalarını əyani şəkildə nümayiş etdiriblər.

Sonra metropolitenin yaranma və gələcək inkişaf  perspektiv planları haqqında şagirdləri marağına səbəb olacaq təqdimtalar edib. B.Məmmədov texniki kabinet, auditoriyalar, ən əsası tədris guşələri, ayrı-ayrı istehsalat və peşə yönümlü istiqamətləri əhatə edən vəsaitləri şagirdələrə əyani şəkildə göstərib.

Mütəxəssilər şagirdlərin çoxsaylı sualların cavablandırıblar. Sonda şagirdlərin sinif rəhbəri Samirə Abbasova məktəbin direktoru Səadət Veyisovanın təşəbbüsü ilə məktəblilərin ayrı-ayrı istehsalat, təhsil  müssisələrinə tez-tez ekskursiyalar təşkil ediliyini bildirərək, belə səfərlərin uşaqlarda böyük maraq hissi yaratdığını, onların bu sahələrdə biliklərinin zənginləşməsində səbəb olduğunu deyib, diqqət üçün metropolitenin rəhbərliyinə minnətdarlığın bildirib.