Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-17 10:49:00
Məktəb direktorları nə qədər maaş alırlar? - Artımdan sonrakı məbləğ

AzEdu.az mütəmadi olaraq, direktorların işə qəbul müsabiqəsi, namizədləri maraqlandıran sualların cavabı baədə yazılar yayımlayır. Direktor olmaq istəyənləri ən çox maraqlandıran məqamlardan biri də bu vəzifə sahiblərinin aylıq nə qədər əməkhaqqı alması ilə bağlıdır.

Məktəb rəhbərləri nə qədər maaş alırlar?

AzEdu.az məlumat verir ki, Nazirlər Kabineti bu il dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan direktor və müavinlərinin vəzifə maaşları ilə bağlı qərar qəbul edib. 2019-cu il, martın 1-dən qüvvəyə minən qərara görə, direktorların aylıq vəzifə maaşları artırılıb.

İndiyə qədər bu ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 535 manat idi. Dəyişiklikdən sonra direktorların aylıq vəzifə maaşı 587 manata qaldırılıb.

Qey edək ki, direktorların işə qəbulu müsabiqəsində pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edirlər. Təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqdaisəbu müddət 3 il müəyyən edilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları