Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-11 12:32:12
Latviya səfiri tələbələrə mühazirə oxudu - FOTOLAR

Qərbi Kaspi Universitetinin ənənəvi “Səfir saat”ı layihəsinin budəfəki qonağı Latviya Respublikasının Azərbaycandaki səfiri Juris Maklakovs olub. Səfir tələbələr qarşısında mühazirə ilə çıxış edib.

AzEdu.az -ın  xəbərinə görə, universitetin rektoru Andris Leitas qonağa ali təhsil ocağı barədə məlumat verərək bildirib ki, Qərbi Kaspi Universiteti son illərdə tədrisin keyfiyyətinin artırılmasına yönəlmiş proqramlar və infrastruktur layihələri həyata keçirib. Bu tədris ilindən etibarən mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparan universitetdə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, eləcə də tələbələrin praktik layihələr üzərində işləməsi üçün Texnopark qurulub. Hazırda məktəblilərin də iştirakı ilə komandalar burada bir sıra layihələr üzərində işləyir. Hətta bu layihələrdən biri Türkiyədə keçirilən beynəlxalq müsabiqədə finala vəsiqə qazanıb.

Daha sonra səfir Juris Maklakovs “Latviyanın xarici siyasətində regional risklər və geosiyasi baxımdan prioritetlər” mövzusunda mühazirə ilə çıxış edib və tələbələrin suallarını cavablandırıb. Səfir bildirib ki, Latviya Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq edir: “Latviya Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirir və bu istiqamət üzrə Azərbaycanla əməkdaşlıqda maraqlıdır. NATO üzvü olaraq Latviyanın Azərbaycanla hərbi sahədə də əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir”. 

Səfir tələbələrin suallarını cavablandırarkən Qarabağ münaqişəsinə də toxunaraq bildirib ki, Latviya bu münaqişədə Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir və ümid edir ki, münaqişə tezliklə sülh yolu ilə həllini tapacaq. 

Səfir tələbələrinin dünyada baş verən siyasi, iqtisadi proseslərə yanaşmasını yüksək qiymətləndirib, gənclərlə fikir mübadiləsindən məmnunluğunu dilə gətirib. 

Sonra səfir tədbirin ən aktiv tələbəsini mükafatlandırıb. 

Tədbir tələbələrin hazırladığı ədəbi-bədi kompazisiya ilə davam edib.