Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-16 00:03:00
Bu gündən məktəblilərin payız tətili başlayır

Bu gündən Azərbaycanın orta məktəblərində payız tətili başlayır.

AzEdu.az  xəbər verir ki, 2019-2020-ci tədris ilinin 5 günlük tətili 16-20 noyabr tarixlərini əhatə edəcək.

Noyabrın 21-dən isə  dərslər davam etdiriləcək.

Tədris ilinin 5 günlük qış tətili isə 2020-ci ilin yanvarın 27-də başlayacaq və 31-də bitəcək.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.