2018-05-11 12:00:00
12056 şəhidimizin adı bir bayraqda
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindəki Nadir Əliyev adına 282 saylı tam orta məktəbin müəllim və şagirdləri nəcib layihə həyata keçiriblər.
AzEdu.az xəbər verir ki, məktəbin informatika müəllimi Gülər Musayevanın təşəbbüsü ilə şagirdlər Qarabağ döyüşlərində həlak olmuş şəhidlərimizin adlarını bir bayrağa yazıblar. Bunun üçün xüsusi ölçülü bayraq hazırlanıb. Bayrağa 12056 şəhidin adı yazılıb. Gülər Musayevə təşəbbüsün necə ərsəyə gəlməsi barədə məlumat verdi: "Düşünürəm ki, müəllimin vəzifəsi təkcə şagirdə savad verməkdən ibarət deyil. Müəllimin borcu həm də vətənini sevən vətəndaş yetişdirməkdir. Biz hər birimiz bu torpaq üzərində azad yaşayırıqsa, deməli, şəhidlərimizə borcluyuq. Bu borcu az da olsa ödəyə bilmək üçün bütün Qarabağ şəhidlərinin adını bir bayraq üzərinə yazmağı düşündüm və dərs dediyim şagirdlərlə bu ideyanı həyata keçirməyi qarşımıza məqsəd qoyduq”.
Müəllimə bildirir ki, işə 2017-ci ilin noyabr ayından başlayıblar: "İlk əvvəl şəhidlər haqqında dəqiq məlumat tapmaq lazım idi. www.seferberlik.gov.az saytından 76 rayon və şəhər üzrə şəhid olanların adını bir siyahıda toplamaq üçün şagirdlər arasında bölgü apardım. İKT-in təhsildə tətbiqi bu layihədə də köməyimizə çatdı. Hər şagird bir neçə rayondan olan şəhidlərin adını yazıb, elektron poçt vasitəsi ilə mənə göndərdilər. Bütün şəhidlərin adlarını bir siyahıda topladıqda 12056 şəhidimizin olduğu müəyyənləşdi. 5:2,5 m nisbətində bayraq tikdik. Ötən ilin 27 dekabrından başlayaraq, şəhidlərimizin adını bayrağın üzərinə yazmağa başladıq. Proyektor vasitəsi ilə ekrana verilən siyahını eyni anda 5-6 şagird bayraq üzərində yaza bilirdi. Şagirdlərlə - Fərruxlu Könül, Abiyev Elmin, Hüseynova Aydan, Səmədova Gülçün, Şabizadə Günay, Rəcəbova Nuranə, Əliyev Vüsal, İmanov Aslan, Məmmədova Leyla, Məmmədova Firuzə, Məmmədli David, Məlikzadə Kənan, Məmmədov Şahin , Sərkərov Rəsul, Abdullayeva Fidan, Rəhimli Fəridə, Zərbalıyeva Samirə, Əliyev Şirzad, Xəlilov Əli, Ələkbərova Nərminə, Qənizadə Şamxal, Rəhimov Faiq, Abasov Ceyhun, Bağırova Nuray, Bağırov Qurban, Əzizova Nərminə, Həmidli Nicat, Həsənov Vüsal, Məmmədov İqbal, Nəsrullayeva Eldanə, Ostrovskaya Natalya ,Səmədli Məhəmmədlə birlikdə dərsdən sonra, tənəffüs saatlarında çalışırdıq”.
Proses aprelin 27-də yekunlaşıb. Bayrağın üzərində boş qalmış yerə isə "Şəhidlər ölməz ,Vətən bölünməz” , "Cansa can, qansa qan, yetər ki, sən dalğalan, üç rəngli bayrağımız”, Torpaq, uğrunda ölən varsa vətəndir” şüarlarını və mənbə kimi yararlandığımız www.seferberlik.gov.az saytını yazdıq. İş başa çatdıqdan sonra şagirdlərin üzündəki qürur hissini görməyə dəyərdi”.
Gülər müəllimə deyir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində belə bir layihəni gerçəkləşdirə bildikləri üçün qürur duyurlar: "İnanıram ki , bu layihədə iştirak edən hər bir şagird gələcəkdə vətənimizə layiqli övlad olacaq. Ona da ümid edirəm ki, tezliklə torpaqlarımız azad olunacaq və bu bayrağın üzərinə şəhid adı yazmağa ehtiyac qalmayacaq”.
Gülər Musayeva bildirdi ki, hazırladıqları bayrağı ya Bayraq Muzeyinə, ya da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə bağışlamaq niyyətindədirlər.
Bu bölməyə aid digər xəbərlər
13 yaşlı uşaq ehtiyatsızlıqdan Ceyranbatan su kanalına düşüb - YENİLƏNİB
2024-04-20 18:12:38
FHN Ağdamda orta məktəbdə mülki müdafiə məşqi keçirib
2024-04-20 12:54:37
Məktəblər arasında indiyədək görünməyən uğur - 6 MEDAL
2024-04-20 09:46:51
Növbəti il yeni hazırlanmış 7 dərslik kütləvi istifadəyə veriləcək
2024-04-17 17:20:34
Gəncədə şagird xəsarət alıb
2024-04-16 13:41:25
Ömürlük məhkum edilmiş məktəb direktoru barədə qərar verildi
2024-04-15 17:13:21
4-cü sinif şagirdi vəfat etdi - Foto
2024-04-15 14:26:30
TƏBİB İmişlidə iki yeniyetmənin ölümü ilə bağlı açıqlama verib - YENİLƏNİB
2024-04-14 18:10:00
Tennis üzrə Azərbaycan birinciliyi başa çatıb
2024-04-13 16:31:36
Slovakiyada qısamüddətli təcrübə proqramı
2024-04-06 16:50:25
kitabı
ÇOX OXUNANLAR
18 Aprel 2024, 10:04
DİM-dən 17 mart buraxılış imtahanının nəticələri ilə bağlı AÇIQLAMA
18 Aprel 2024, 12:35
Sertifikasiya imtahanının vaxtı AÇIQLANDI
17 Aprel 2024, 10:21
Sertifikasiya:“Müəllimlərin hazırlığa getməsi qəbuledilməzdir”
17 Aprel 2024, 12:14
Regionlar üzrə ən çox bal toplayanlar – Mərkəzi Aran bölgəsinin ŞAGİRDLƏRİ
19 Aprel 2024, 16:09
Regionlar üzrə ən çox bal toplayanlar... Şəki-Zaqatala bölgəsinin ŞAGİRDLƏRİ
16 Aprel 2024, 13:10
10 mart buraxılış imtahanının nəticələri AÇIQLANDI
18 Aprel 2024, 12:40
Sertifikasiyadan keçə bilməyənlər bu il imtahan verəcək
19 Aprel 2024, 16:54
Qəbul imtahanında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA
FACEBOOK