Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-15 12:36:00
“Bu xaricdə təhsil şirkətləri saxtakarlıqla məşğuldurlar” - İttiham

“Beynəlxalq dil sertifikatı olmadan bəzi Qərb ölkələrinin universitetlərinə tələbə qəbulu etdirən xaricdə təhsil şirkətləri saxtakarlıqla məşğuldurlar”.

Bu sözləri AzEdu.az-a xaricdə təhsil üzrə ekspert Nəzərbəy Hacıağayev deyib.

Nəzərbəy Hacıağayev xarici ölkələrdə və Azərbaycanda fəaliyyət göstərən xaricdə təhsil şirkətlərindən söz açıb:

“Dünyanın bir çox ölkələrində xaricdə təhsil mərkəzləri fəaliyyət göstərir.  Məsələn, Türkiyədə fəaliyyət göstərən “Kaplanlar” şirkəti var ki, ölkə vətəndaşlarını xaricə təhsilə yönəldir.  Azərbaycanda fəaliyyət göstərən xaricdə təhsil şirkətlərinin nüfuzunu bəzi  saxtakar, işbaz mərkəzlər azaldıb.  Onu da bildirim ki, fırıldaqlıqla məşğul olan xaricdə təhsil şirkətlərinin nümayəndələri çox gözəl “psixoloqlardır”. Həmin nümayəndələr asanlıqla insanları aldada bilər. Amma əcnəbi ölkələrinin vətəndaşları xaricdə təhsil şirkətlərinə müraciət etdikləri zaman bir çox araşdırma edirlər. Əcnəbi vətəndaşlar xaricdə təhsil şirkətlərinə müraciət etmədən öncə həmin müəssisənin rəsmi saytı və sosial şəbəkə hesabına baxırlar. Həmçinin, onlar ilk növbədə xaricdə təhsil  şirkətinin gördüyü işlərə diqqət edirlər.  Daha sonra həmin xaricdə təhsil şirkətlərinə müraciət etməli olurlar.  Amma azərbaycanlılar sadəcə qarşı tərəfin fikrini dinləyir və inanır. Fırıldaqlıqla məşğul olan peşəkar “psixoloqlar” isə qarşı tərəfin inamından istifadə edərək, aldadır.  Xarici ölkələrlə müqayisədə  Azərbaycanda fəaliyyət göstərən xaricdə təhsil şirkətləri müraciətçilərə bir çox xidmətləri təklif edir. Məsələn, bəzən motivasiya məktubunu xaricdə təhsil şirkətinin nümayəndəsi yazır”.  

Nəzərbəy Hacıağayev fırıldaqlıqla məşğul xaricdə təhsil şirkətlərinin fəaliyyətlərindən də söz açıb:

“Dövlətimizin hüquq mühafizə orqanları fırıldaqlıqla məşğul olan xaricdə təhsil şirkətlərinə qarşı  ciddi addımlar atır. Bu sahədə fırıldaqçılıqla  məşğul olan insanları aşkarlayıb, həbs edirlər.  Bunun qarşısını almaq o qədər də çox sadə deyil. Xaricdə təhsil şirkətlərinə müraciət edənlər sadəcə müəssisənin etibarlığına diqqət etməlidirlər.  Açıq etiraf edim ki, hər hansı xaricdə təhsil şirkəti gənclərə bəzi 100%-lik təqaüd proqramını təklif edərsə inanın ki, orada fırıldaqlıq var.  Həmçinin, Qərb ölkələrinin bəzi universitetlərinə IELTS sertifikatı olmadan tələbə qəbulu etdirən xaricdə təhsil şirkətləri varsa, orada fırıldaqlıq mövcuddur.  Çünki, Qərb ölkələrinin bəzi universitetlərinə IELTS balı 6.5-dən aşağı olan tələbələr qəbul edilmir. Yəni “Beynəlxalq dil sertifikatı olmadan Qərb ölkələrinin universitetlərinə tələbə qəbulu etdirirəm” deyən saxtakarlara inanmaq lazım deyil. Saxtakarlara inanmamaq üçün insanlarımız çevik olmalıdır. Gənclərimiz müraciət etdiyi xaricdə təhsil şirkətlərinin fəaliyyətlərinə diqqət etməli, rəsmi saytını tələb etməlidir. Həmçinin, müraciətçilər şirkətin rəsmi sosial şəbəkəsini tələb etməli, əvvəlki işləriylə maraqlanmalıdır.  Çünki təhsil sahəsində ən peşəkar, təcrübəli insan belə fırıldaqçılığa məşğul olan xaricdə təhsil şirkətinə müraciət etdikdə aldana bilər”. 

ABŞ-ın Şimali Karolina Universitetinin dosenti Əli Əskərov isə dünyanın bir çox ölkəsində xaricdə təhsil şirkətlərinin olduğunu bildirib:

“ABŞ-da və dünyanın bir çox ölkəsində “xaricdə təhsil şirkəti” anlayışının olduğuna şübhə etmirəm. Düşünürəm, bir çox ölkələrdə xaricdə təhsil şirkətləri fəaliyyət göstərir. Həmin şirkətlər isə biznes xarakterlidir. Onu da bildirim ki, qanunun izn verdiyi fəaliyyətə görə, heç kimi ittiham etmək olmaz”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları