Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-15 12:02:00
Köçkün rayonların didərgin bağçaları, ölən uşaq təhsili-PROBLEM

 

Dövlət  Statistika Komitəsinin yeni çapdan çıxan “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində qeyd olun statistik göstəricilər bəzi rayonlarda cəmi 1 məktəbəqədər təhsil müəssisəsinin mövcud olduğunu aşkara çıxardı.

Bəs, işğal altında olan rayonların tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində vəziyyət necədir? Onlar da işğaldan sonra ayrı – ayrı rayonlara səpələnən, fəaliyyətlərini bu şəkildə bərpa etməyə çalışan məcburi köçkün məkətbləri kimi bu işin öhdəsindən gələ biliblərmi?

AzEdu.az məcmuəyə əsasən, məlumat verir ki, işğal altındakı rayonlardan tabeliyində ən az məktəbəqədər təhsil müəssisəsi olan Zəngilan rayonudur. Burada cəmi 2 belə müəssisə fəaliyyət göstərməkdədir. Həmin 2 müəssisədə 305 azyaşlı təhsil alır.

Ümumiyyətlə, məktəbəqədər təhsil müəssisəsinin mövcud olmadığı, işğal altında olan rayonlar da az deyil. Məsələn, Şuşa, Xankəndi, Qubadlı rayonlarında hər hansı belə müəssisə fəaliyyət göstərmir.

Ən çox məktəbəqədər təhsil müəssisəsi isə Ağdamdadır. Buradakı 40 məktəbəqədər təhsil müəssisəsində 2000-dən çox azyaşlı təhsil almaqdadır.

Məktəbəqədər müəssisələrin çoxluğuna görə, məcburi köçkün rayonları arasında ikinci yeri Füzuli, üçüncü yerdə Cəbrayıl gəlir. Bu rayonların tabeliyində uyğun olaraq 33 və 12 müəssisə mövcuddur. Xocalı və Xocavənddə 3, Kəlbəcər, Laçında 5 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

Məcburi köçkün rayonlarındakı bağçalarda ən az sıxlıq Laçın rayonunda qeydə alınıb. Laçın məktəbəqədər təhsil müəssisələrində 100 yerə düşən uşaq sayı 47-dirsə, Zəngilan, Ağdam, Xocavənd, Xocalıda bu say elə 100-dür. Məktəbəqədər uşaqlar ən çox Ağdam rayonunda təhsil alırlar. Onların sayı 2320-dir. Ən az məktəbəqədər yaşlı uşaq isə Xocalı baçalarında təhsil alır. Onların sayı 126-dır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları