Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-15 10:09:00
Sabahdan məktəblərdə tətil başlayır 

Sabahdan Azərbaycanın orta məktəblərində payız tətili başlayır.

AzEdu.az xəbər verir ki, 2019-2020-ci tədris ilinin 5 günlük tətil noyabrın 16-dan 20-dək davam edəcək.

Noyabrın 21-də dərs olacaq. 

Tədris ilinin 5 günlük qış tətili isə 2020-ci ilin yanvarın 27-də başlayacaq və 31-də bitəcək. 

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinə əsasən ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.

Dərs ili ərzində beş gün payız tətili (16-20 noyabr), beş gün qış tətili (27-31 yanvar), ibtidai siniflər üçün beş günlük əlavə yaz tətili (1-5 may) olacaq.

Məktəbəhazırlıq qrupları üçün dərs ilinin I yarımili 1 oktyabr-26 yanvar, II yarımili 1 fevral-31 mayı əhatə edəcək.

Dərs ili beş gün payız tətili (16-20 noyabr), beş gün qış tətili (27-31 yanvar), beş gün əlavə tətil (1-5 may) olacaq.