Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-14 17:02:00
Xarici universitet diplomlarının tanınmasında kimlərə xüsusi güzəştlər edilir?

Sabahdan etibarən nostrifikasiya ilə bağlı sənəd qəbulu müvəqqəti olaraq dayandırılır.

AzEdu.az xəbər verir ki, xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı sənəd qəbulu 15, 16 və 17 noyabrda müvəqqəti olaraq dayandırılır. Buna səbəb nostrifikasiya üzrə elektron ərizə sistemində təkmilləşdirmə işlərinin aparılmasıdır. Təkmilləşdirmə işlərinin aparılmasında məqsəd xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, müraciətlərə baxılması prosesinin sürətləndirilməsi və sistemin dayanıqlılığının təmin edilməsidir.

Bəs nostrifikasiya prosedurlarında şəhid ailəsi üzvlərinin sənədlərinin  ekpertizası zamanı hər hansı güzəştlərin  tətbiq edilməsi nəzərdə tutulur?

-Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) prosedurunu tənzimləyən normativ-hüquqi sənədlərdə müraciətçilərə sosial statusuna görə güzəştlər və ya imtiyazların tətbiq olunması nəzərdə tutulmayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, distant və ya eksternat təhsilalma forması üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) mümkün deyil.

Günel Yaşarqızı
Müəllifin digər yazıları