Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-14 14:53:00
Məleykə Abbaszadə universitetə imtahansız qəbul olunanlar haqqında bunları yazdı

“Bu il 99 nəfər beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqə və yarışların qalibləri, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alan abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olublar”.

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin bu sözləri “Abituriyent 7” jurnalında “Ön söz” kimi dərc olunub. O, bildirib ki, təhsil sahəsində həyata keçirilən islahatlar qiymətləndirmə sistemi qarşısında da yeni tələblər qoyub:

“Bu səbəbdən də DİM və Təhsil Nazirliyi tərəfindən yeni model hazırlanıb, imtahanların forma və məzmununda ediləcək dəyişikliklər barədə ictimaiyyətə vaxtında məlumatlar verilib.

Bu il ilk dəfə olaraq 14.615 subbakalavr ali təhsil müəssisələrinin elan olunan yerlərinin müsabiqəsində iştirak etmək hüququ əldə edib. Onlardan 3542 (2956 ödənişli əsaslarla, 586 dövlət sifarişi əsasında) nəfəri qəbul imtahanlarında iştirak etmədən tələbə adını qazanıb”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları