Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-14 11:29:00
Məleykə Abbaszadədən abituriyentlərə motivasiyaedici müraciət - “İnadkarlıqla çalışın”

“Ali təhsil müəssisələrində tədrisi dövlət sifarişi əsasında həyata keçirilən yerlərin sayı bu il 8 min artırılıb. Bu isə gənclərin müxtəlif ixtisaslara dövlət vəsaiti hesabına yiyələnmək imkanlarının əsaslı şəkildə genişləndirilməsi deməkdir”

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin bu sözləri “Abituriyent” jurnalında “Ön söz” kimi dərc olunub. O, tələbələrə səslənərək bildirib ki, yaxşı oxumaq seçdiyiniz ixtisas üzrə gələcəkdə peşəkar mütəxəssis olmaq üçün yeni bilik və vərdişlərə yiyələnməyin yeganə yoludur:

“Böyük həvəslə və inadkarlıqla çalışın, hər gününüzü yenilikləri dərk etmək və yaratmaq üçün istifadə edin. Siz ölkəmizin gələcəyinin qurucularısınız. Yaddan çıxarmayın ki, Azərbaycanın çiçəklənməsi sizin intellektual inkişafınızla bilavasitə bağlıdır.

Dövlətin təhsilə göstərdiyi diqqət və dəstək sizin inkişafınız üçün əlverişli şərait yaradır, eyni zamanda gənclərin üzərinə böyük məsuliyyət qoyur. Bu gün Azərbaycana təhsilli və savadlı mütəxəssislər lazımdır. Məhz siz cəmiyyətə yeni biliklər, bacarıqlar, vərdişlər, ideyalar aşılayacaqsınız və bu, ölkəmizin daha da çiçəklənməsinə güclü təkan verəcək”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları