Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-12 16:30:00
Cənub bölgəsində bağçalar niyə azdır?- Təhsilsiz qalan azyaşlılar-Rəsmi rəqəmlər

Ölkəmizin Cənub bölgəsində ən az məktəbəqədər təhsil müəssisəsi Yardımlı rayonunda qeydə alınıb. Burada cəmi 4 məktəbəqədər müəssisə fəaliyyət göstərir.

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət  Statistika Komitəsinin yeni çapdan çıxan “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində qeyd olunub.

Məcmuədə qeyd olunan göstəricilərə əsasən, cənub bölgələrində ən çox uşaq bağçası Lənkəran rayonunda fəaliyyət göstərir. Burada 54 məktəbəqədər təhsil müəssisəsi qeydə alınıb. Müəssisələrdə ümumilikdə 3003 azyaşlı təhsil alır.

Məktəbəqədər təhsil müəssisələrinin say çoxluğuna görə ikinci yerdə 20 müəssisə ilə Cəlilabad rayonu gəlir. Buranın məktəbəqədər təhsil müəssisələrində isə 1170 uşaq təhsil almaqdadır.

Masallıda 18, Astarada 16, Lerikdə 12 məktəbəqədər təhsil müəssisəsi mövcuddur. Onlarda uyğun olaraq 1070, 970, 429 şagird təhsil alır.

Cənub bölgəsində ən az  bağça isə Yardımlıda qeydə alınıb. Orada cəmi 4 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. burada oxuyan azyaşlıların sayı isə 180-dir.

Cənub bölgəsindəki məktəbəqədər təhsil müəssisələrində ən çox sıxlıq isə Lerik və Yardımlı rayonlarında müşahidə edilir. Astara rayonundakı məktəbəqədər müəssisələrdə 100 yerə düşən uşaqların sayı 65-dirsə, Lerik və Yardımlıda bu say elə 100-dür.

Qeyd edək ki, AzEdu.az Azərbaycanın ayrı – ayrı bölgələrindəki məktəbəqədər təhsil müəssisələri, onların sayı və vəziyyəti ilə bağlı yazıları mütəmadi davam etdirəcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları