Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-12 14:43:00
Sevgilisini vəhşicəsinə öldürən professor – Başını mişarla bədəndən ayırıb, sonra isə...-FOTOLAR

Rusiyanın tanınmış tarixçi professoru Oleq Sokolov keçmiş tələbəsini, həm də sevgilisini öldürdüyünü etiraf edib.

AzEdu.az xəbər verir ki, bu barədə Rusiya mediasında məlumatlar yayılıb.

Professorun vəkilinin dediyinə görə, Oleq Sokolov bu etirafı Neva çayının sağ qolu olan Moyka çayında qadının qolları içində olan çantası tapıldıqdan sonra edib.

Məlumata görə, 63 yaşlı  Oleq  Sokolov sərxoş olub və cəsədin hissələrini çaya tullayarkən özü də suya düşüb.

Bundan sonra polis 24 yaşlı Anastasiya Yeşşenkonun başı bədənindən ayrılmış cəsədini professorun Sankt-Peterburqda yaşadığı mənzilində tapıb.

Vəkil Aleksandr Poçuyev AFP agentliyinə açıqlamasında bildirib ki, Oleq Sokolov etdiyi əməlindən peşman olub və hazırda istintaqla əməkdaşlıq edir.

İlkin məlumata görə, professor Sokolov mübahisə zamanı sevgilisini öldürdüyünü və sonra onun başını, qollarını və ayaqlarını mişarlayaraq cəsəddən ayırdığını polisə söyləyib.

O, cəsədi tulladıqdan sonra camaat qarşısında Napoleon geyimində intihar etməyi planlaşdırırmış.

Qeyd edək ki, professor Sokolov Fransanın “Légion d'Honneur” mükafatına layiq görülən tarixçidir.

Tarixçi-professor Napoleon haqqında yazdığı bir neçə kitabın müəllifidir və eyni zamanda bir sıra filmdə tarixçi-məsləhətçi qismində də iştirak edib.

O, Anastasiya Yeşşenko ilə birlikdə bir neçə əsərin həmmüəllifi olub.

Oleq Sokolov və Anastasiya Yeşşenko Fransa tarixi sahəsində ixtisaslaşıblar. Professorun Napoleon geyimində görsənməkdən zövq aldığı qeyd olunur.

Tələbələr Oleq Sokolovu fransız dilində danışan istedadlı professor kimi təsvir ediblər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları