Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-10 17:31:49
“Bunker müəllimlər abituriyentlərin beynini qarışdırır” – Ekspertdən SOS siqnalı

Təhsil eksperti Kamran Əsədov özünün  sosial şəbəkə hesabında təhsil gündəmi ilə əlaqədar çox maraqlı detala toxunub. 

O, statusda bildirib ki, 13 mayda DİM ali məktəblərin II və III qrupu üzrə qəbul imtahanı keçirir. Bununla bağlı bəzi müəllimlər abituriyentlərə müəyyən məbləğə test tapşırığı sataraq bunların qəbul imtahanına düşəcəyini bildirirlər: 

“Birdə bunker müəllimləri ortaya çıxıb. Yazıq abituriyentlərin beynini qarışdırır. Əziz valideynlər, abituriyentlər: qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarını, mövzuları öncədən bilmək, məlumatlı olmaq mümkün deyil”.

Onun sözlərinə görə, qəbul imtahanları çox ciddi şəkildə təşkil olunur, yüksək səviyyədə təhlükəsizlik təmin olunur. Kimsə bunker sistemində aparılan işlər barədə kənara məlumat ötürə bilməz. 
İmtahandan yaxşı nəticə əldə etməyin bir yolu var: oda yaxşı hazırlıqdır, deyə qeyd edib.

“Sizə yalandan vəd verəcək repetitor, kurs və şəxslərə inanmayın. 
Heç kimin müəllifi olduğu test tapşırığı tam şəkildə istifadə olunmur. Yəni heç kim düşəcək sualları deyə bilməz”.