Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-12 16:26:00
Yalnız bu halda xəta edən müəllimə töhmət verilə bilməz 

AzEdu.az müəllim və direktorlara dəstək məqsədilə mütəmadi olaraq əmək müqaviləsinin ləğvini şərtləndirən amillər, sənədləşdirmə qaydaları, müqaviləyə xitam verilərkən işçinin hüquqları və s. kimi mövzularla bağlı yazılar yayımlayır. Bu kimi sualların cavabını bilmək növbəti günlərdə direktorların işə qəbul müsabiqəsinin müsahibə mərhələsində iştirak edəcək namizədlər üçün də önəmlidir.

Müəllimləri maraqlandıran məsələlərdən biri də məzuniyyətdə olarkən töhmət verilməsi ilə bağlıdır.

Sual:

Analıq məzuniyyətinə çıxan müəllimə daha əvvəl törətdiyi xəta səbəbindən töhmət verilə bilər?

Cavab:

AzEdu.az məlumat verir ki, bu məsələlər Əmək Məcəlləsinin 187-ci maddəsi ilə tənzimlənir. Məcəlləyə əsasən, intizam tənbehi, müəllim tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Bununla yanaşı, müəllimin xəstə, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

189-cu maddəyə görə isə  intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində müəllimə intizam tənbehi verilə bilməz.

Qeyd edək ki, müəllim əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, ona aşağıdakı intizam tənbehlərindən biri verilə bilər:

-Töhmət vermək;

-Sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;

-Kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;

-Əmək müqaviləsini ləğv etmək.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları