Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-10 17:22:03
Dünyanın ən “sehirli” müəllimləri bu məktəblərdə çalışırlar

Anadolu liseylərində oxuyan 3 min 400 şagird arasında aparılan araşdırmaya görə, müəllimlər onların motivasiya və məktəb uğurlarında önəmli  yer tuturlar.

AzEdu.az xəbər verir ki, bu araşdırma Ankaradakı 34 Anadolu liseyi  iştirak edib. 

Seçimlərinə, təşəbbüslərinə anlayış göstərəndə şagirdlər məktəbi daha çox sevirlər. Yaxşı öyrənmə mühiti olanda, şagirdlərə söz haqqı veriləndə adi tapşırıqlar yerinə çətin olanlara maraq göstərirlər.

Araşdırmaçılar bildirib ki, əgər müəllimlər şagirdlərinə həqiqətən əhəmiyyət verir, onların məktəbə həvəslə gəlmələrini, gələcəkdə uğurlu və xoşbəxt olduqlarını görmək istəyirlərsə onlara ardıcıl, dəstəkləyici və yaxşı bir sinif şəraiti yaratmalıdırlar. Araşdırmanın nəticələri belədir:

Müəllimlər şagirdlərin motivasiya və məktəbdəki uğurlarında mühüm rol oynayır.

Bu dövrdə müəllimlərin  ehtiyac, seçim və cəhdlərinə daha çox anlayış və qayğı göstərdiyi şagirdlər məktəbi daha çox sevir, fikir verirlər.

Belə müəllimlər sinifdəki davranışları və çalışmaları uşaqlara daha açıq və dəqiq ötürə bilirlər.