Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-10 17:09:05
“Google” azərbaycanlıya vəzifə verdi

Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlıya “Google” şirkətində vəzifə verilib.

AzEdu.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Xəyal Azəroğlu sosial şəbəkədə yazıb.

Məlumatlara görə, əslən Gəncədən olan Röyal Paşayev “Google” şirkətinin art direktoru vəzifəsinə təyin edilib:

“Məni tanıyanlar bilir ki, həyatda ən yaxın dostum Royal Paşayevdir. Eşidin və agah olun, ən yaxın dostum ABŞ-da “Google” şirkətinin art direktoru vəzifəsinə təyin olunub.

Fəxr edirəm səninlə, kanki. Yadındadırsa, tələbə vaxtı Pinhaninin “Mən necə böyük adam olacam” mahnısını özümüzə şüar olaraq seçmişdik. Sən artıq böyük adam oldun. Növbə mənimdir...”