Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-11 09:35:00
Buraxılış imtahanlarında xarici dil fənni ilə bağlı ən qaranlıq məqam – Cavabı AzEdu.az-da

Abituriyentin təhsil sənədinə (attestata) buraxılış imtahanında əsas xarici dil fənnindən topladığı bal yazılır.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib.

Əgər məktəbdə şagirdlərə iki və ya daha çox xarici dil tədris olunursa, həmin şagirdlər buraxılış imtahanında xarici dil fənni kimi həftə ərzində daha çox dərs saatı olan xarici dil (bundan sonra əsas xarici dil) fənnindən imtahan verirlər. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul müsabiqəsi zamanı abituriyentlərin həmin xarici dil fənnindən topladıqları bal nəzərə alınır.

Buraxılış sinfini cari ildə bitirərək ali və orta ixtisas təhsili müəssisələrinə qəbul müsabiqəsində iştirak etmək istəyən abituriyentlər istənilən digər xarici dil fənnindən əlavə imtahan vermək istəyərlərsə, həmin abituriyentlərə xarici dil fənnindən əlavə imtahan vermək imkanı yaradılır. Həmin abituriyentlərin buraxılış imtahanında əsas xarici dil fənnindən topladıqları bal təhsil sənədinə yazılır, xarici dil fənni üzrə əlavə verdikləri imtahandan topladıqları bal isə ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsi zamanı nəzərə alınır.

Sadə dildə desək, əlavə xarici dil imtahanı verirsinizsə, bu sadəcə sizin qəbul imtahanı nəticənizin üzərinə əlavə olunur. Attestata isə buraxılış imtahanında əsas xarici dildən topladığınız bal qeyd olunur.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları