Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-10 12:12:00
2-ci sinif şagirdi Atatürkə şeir yazdı

Bakı Türk Anadolu liseyinin 2 C sinif şagirdi Turqut Atakişiyev vəfatının 81-ci ildönümü ilə bağlı Mustafa Kamal Atatürkə şeir həsr edib.

AzEdu.az şeiri təqdim edir:

Türk atası- Atatürküm!

Adınla başlamış istiqlalımız,

Səninlə qazandıq tüm zəfərləri.

Canımız, ruhumuz, andımız sənsən,

Yaşam qaynağımız, ömrümüz sensin!

Türk xalqını bu dünyaya tanıdan,

İlk öndəri, qəhrəmanı sən oldun.

Çanaqqala zəfərini qazanan,

Türk atası, Atatürküm sən oldun!

Uşaqların ruh kaynağı, ilhamı,

Gələcəyi, bütün ümidi sən oldun.

Türk bayrağını ucalara qaldıran,

Əziz atam, Atatürküm sən oldun!