Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-10 15:23:02
Bakıda iki yol bağlanır
Aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində 12 may tarixində gecə saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.
 
AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyi birgə məlumat yayıb.
 
Hərəkətin məhdudlaşdırlması təmir işləri bitənədək qüvvədə olacaq.
 
Xirdalandan Bakıya doğru olan yolda məhdudiyyət tətbiq edilir.
 
Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 11-16-cı km-lik hissəsində "Xırdalan dairəsi”ndən Bakı şəhəri istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi ilə əlaqədar olaraq 10 may 2018-ci il tarixində səhər saat 23:00-dan etibarən hərəkət məhdudlaşdırılacaq.
 
Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.
 
Sürücülərdən həmin istiqamətdə qeyd olunan saatlarda alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
 
Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik.