Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-10 14:46:18
"Dövlət İdarəçilik Akademiyasına Heydər Əliyevin adı verilsin" - MƏLAHƏT İBRAHİMQIZI     

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına Heydər Əliyevin adının verilməsini təklif edilir.

AzEdu.az Modern.az-a istinadən məlumat verir ki, bu təklifli Milli Məclisin Heydər Əliyevin 95 illiyinə həsr olunmuş xüsusi iclasında deputat Məlahət İbrahimqızı səsləndirib.

M.İbrahimqızı Heydər Əliyevin ideyalarının əbədiləşdirilməsinin vacibliyinə toxunub:

“Təklif edirəm ki, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına Heydər Əliyevin adı verilsin. Həmçinin universitetlərdə “Heydər Əliyev kafedraları” açılsın”.