Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-07 14:13:00
Buraxılış imtahanlarında aşağı nəticə toplayanlar növbəti qəbul mərhələsinə buraxılmayacaq?- SOS

2020-ci ildə keçiriləcək qəbul imtahanları ilə bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər yayılıb.

Yayılan məlumatlara görə, şagirdin buraxılış imtahanında (qəbul imtahanının I mərhələsi) göstərdiyi nəticə aşağı olarsa, o, qəbul imtahanlarının II mərhələsində iştirak edə bilməz.

Mövzuyla bağlı DİM-dən AzEdu.az-a bildiriblər ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

Məlumatda qeyd olunub ki, buraxılış imtahanlarının nəticəsindən asılı olmayaraq hər şagirdin qəbul imtahanlarında iştirak hüququ var. Buraxılış imtahanının nəticəsinin şagirdin qəbul imtahanında iştirak hüququnun olub-olmamasında heç bir rolu yoxdur.

Xatırladaq ki, şagird IX sinif buraxılış imtahanında göstərdiyi nəticədən asılı olmayaraq X sinifdə təhsilini davam etdirə bilər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları