Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-06 15:08:00
“Nazir işlədiyim zamanlarda məktəblərdə  “süpürgə pulu” məsələsi  çox qabardılırdı” –Misir Mərdanov

“Faəliyyətdə olduğum müddətdə məktəblərdə “süpürgə pulu”yığılması kimi informasiyalar müxtəlif jurnalistlər və məni istəməyən müəyyən qüvvələrin dəstəyi ilə həddən artıq qabardılırdı. Müəllimi gözdən salmaq üçün belə addımlar atırdılar”

AzEdu.az xəbər verir ki, bunu sabiq Təhsil naziri Misir Mərdanov İctimai Tv-nin efirində yayımlanan “3D” verilişində qonaq olarkən deyib. O bildirib ki, bu fikirlərin heç birinin ciddi əsası yoxdur:

“Biz millətimizin gəncliyinin taleyini müəllimə buraxırıqsa, onun nüfuzunu, hörmətini artırmaq barədə düşünməliyik. Müəllimə böhtan atmaq, bir şəxsin gördüyü işi bütün müəllimlərin adına çıxmaq kimi hallar doğru deyil. Hər zaman belə situasiyalara qarşı olmuşam.

Azərbaycanda 100 mindən çox müəllim var.Vaxtilə jurnalistlərdən soruşdum ki, hansınız bir müəllim haqqında oçerk yazmısınız?Heç kəs bir kəlmə də demədi. Məgər Azərbaycanda bütün müəllimlər rüşvətxordur?Bu fikirlərlə qətiyyən razı deyiləm. Azərbaycanda həmişə yaxşı müəllimlər olub. Biz onlarla fəxr etməliyik. Azərbaycan cəmiyyətində müəllimin statusu qaldırılmalıdır”.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları