Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-06 09:49:00
İşdən çıxarılan müəllimə töhmət verilə bilər? - Məcəllədən çıxarış

AzEdu.az müəllim və direktorlara dəstək məqsədilə mütəmadi olaraq əmək müqaviləsinin ləğvini şərtləndirən amillər, sənədləşdirmə qaydaları, müqaviləyə xitam verilərkən işçinin hüquqları və s. kimi mövzularla bağlı yazılar yayımlayır. Bu kimi sualların cavabını bilmək növbəti günlərdə direktorların işə qəbul müsabiqəsinin müsahibə mərhələsində iştirak edəcək namizədlər üçün də önəmlidir.

Müəllimləri ən çox maraqlandıran  məsələlərdən biri də işdən kənarlaşdırılsıqdan sonra töhmət verilməsi ilə bağlıdır.

Sual:

İşdən çıxarılmış müəllimə töhmət verilə bilər?

Cavab:

AzEdu.az xəbər veri ki, bu məsələlər Əmək Məcəlləsi ilə tənzimlənir. Məcəlləyə əsasən, işdən kənar edilmiş müəllimə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq direktor bu intizam tənbehlərindən birini tətbiq edə bilər. Bu tənbehlər Məcəllənin 186-cı maddəsində nəzərdə tutulanlara əsasən, verilir.

Müəllim bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə, hüquqlarından sui-istifadə etdikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilir.

Qeyd edək ki, 186-cı maddə aşağıdakı intizam tənbehlərini nəzərdə tutur:

-Töhmət vermək;

-Sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;

-Kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;

-Əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

Qeyd edək ki, direktor müəllimə intizam tənbehini verərkən onun şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan müəllimə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları