Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-05 15:45:00
Direktor müəllimlərin əmək müqavilələrini  hansı müddətə və necə saxlamalıdır?-Cavab  

AzEdu.az müəllim və direktorlara dəstək məqsədilə mütəmadi olaraq əmək müqaviləsinin ləğvini şərtləndirən amillər, sənədləşdirmə qaydaları, müqaviləyə xitam verilərkən işçinin hüquqları və s. kimi mövzularla bağlı yazılar yayımlayır. Bu kimi sualların cavabını bilmək növbəti günlərdə direktorların işə qəbul müsabiqəsinin müsahibə mərhələsində iştirak edəcək namizədlər üçün də önəmlidir.

Direktor namizədlərə verilən suallardan biri də Məktəbdəki əmək müqavilələrinin saxlanma şərtləri ilə bağlıdır.

Sual:

Direktor məktəbdəki işçilərin əmək müqavilələrini nə qədər müddətə və necə saxlamalıdır?

Cavab:

Direktor bağlanmış əmək müqavilələrini, onlara aparılan dəyişiklikləri, verilmiş əmrləri, sərəncam və qərarları 5 il saxlamağa borcludur. Onların məhv edilməsi, itirilməsi, korlanması yolverilməzdir.

Hər hansı təhsil müəssisəsi ləğv edildikdə isə direktor saxlanılan əmək müqavilələrini müvafiq dövlət arxivinə təhvil verilir. Müəssisə yenidən təşkil olunduqda isə həmin müqavilələr yenidən ona təhvil verilir.

Bundan əlavə, istənilən halda əmək müqaviləsinin ləğvi haqqında əmrin əsli müəyyən edilmiş qaydada və müddətdə saxlanılmalıdır.

Qeyd edək ki, direktorların işə qəbulu məqsədilə müxtəlif rayonlar üzrəaparılan müsahibələr davam edir. Müsahibə nəticələri və növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə isə namizədlərə məlumat verilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları