Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-05 11:00:00
Məktəbdə əmək müqaviləsinin sənədləşdirilməsi ilə bağlı ən vacib məsələ - Cavab AzEdu.az-da  

Əksər direktor namizədlərin müsahibə zamanı rastlaşdığı suallardan biri də Əmək müqavilələrinin sənədləşdirilməsi ilə bağlıdır:

Sual:                                          

Əmək müqaviləsinin sənədləşdirilməsinin uçotu qaydaları necədir?

Cavab:

AzEdu.az xəbər verir ki, direktor bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişikliklərin, bu müqavilələrlə əlaqədar verilmiş əmr, sərəncam və qərarların ayrıca kitab və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını  aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanmalıdır. Həmçinin kitabın son səhifəsindəki düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır.

Məktəb rəhbəri qeydiyyat kitabını xüsusi uçot sənədi kimi saxlamalı və aparılan qeydlər səliqə ilə həmin kitaba yazılmalıdır. Kitabdakı qeydlərin qaralanması və pozulmasına, səhifələrin cırılması, dəyişdirilməsinə yol verilmir.

Sənədlərin uçot və qeydiyyatı istər kompüter proqramları vasitəsilə, istərsə də əl üsulu ilə həyata keçirilə bilər. Amma istənilən halda direktor uçot sənədlərinin mühafizəsini təmin etməlidir.

Qeyd edək ki, hər hansı təhsil müəssisəsi ləğv edildikdə isə direktor saxlanılan əmək müqavilələrini müvafiq dövlət arxivinə təhvil verilir. Müəssisə yenidən təşkil olunduqda isə həmin müqavilələr yenidən ona təhvil verilir.

Bundan əlavə, istənilən halda əmək müqaviləsinin ləğvi haqqında əmrin əsli müəyyən edilmiş qaydada və müddətdə saxlanılmalıdır.

Direktorların işə qəbulu üzrə müsahibə nəticələri və növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə isə namizədlərə məlumat verilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları