Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-03 16:58:00
Çin orbitə yeni peyk göndərib

Çin noyabrın 3-də yerli vaxtla səhər 11:22-də (Bakı vaxtı ilə 8:22-də) Yerin müşahidəsi üçün orbitə “Gaofen-7” peykini buraxıb.

AzEdu.az-ın məlumatına görə, AZƏRTAC Çinin Elm, Texnologiya və Milli Müdafiə Sənayesi Baş Administrasiyasına istinadla xəbər verir ki, peykin “Long March 4B” raketdaşıyıcısı ilə buraxılışı ölkənin şimalındakı Şansi əyalətindəki Tayyuan kosmodromundan həyata keçirilib.

Peyk xəritələrin hazırlanması, təbii ehtiyatların tədqiqatı, yaşayış məntəqələrinin layihələndirilməsi, ətraf mühitin qorunması və təbii fəlakətlər barədə erkən xəbərdarlıq üçün istifadə olunacaq.