Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-01 09:36:00
ABŞ-da təhsil almaq istəyənlər üçün zəruri məlumatlar –“Xaricdə oxu”

 

Amerika Birləşmiş Ştatlarında təhsil almaq bir çox gəncin arzusudur. Çünki Amerika universitetlərinin verdiyi diplomlar bütün dünyada tanınır və nüfuzu ilə seçilir.

AzEdu.az bu dəfə ABŞ-da təhsil almaq istəyənlər üçün zəruri məlumatları təqdim edir:

ABŞ-da bakalavr səviyyəsində təhsil almaq istəyən əcnəbi tələbələrdən beynəlxalq dil sertifikatı (TOEFL, SAT, ACT), motivasiya məktubu, GPA sistemi  (Grade Point Average) üzrə attestatın tərcüməsi tələb olunur.

ABŞ universitetlərində magistr və ya doktorantura səviyyəsinə  qəbul  olmaq üçün tələblər olduqca yüksəkdir.  

Burada ali təhsilin bütün əvvəlki səviyyələrini bitirmək, yüksək akademik nailiyyətlər tələb olunur. Tələbəsi olmaq istədiyiniz ali təhsil müəssisəsinə daxil olmaq üçün  diplom, beynəlxalq dil sertifikatı və ya  universitetin tələb etdiyi digər sənədlər tələb olunur.

Bununla yanaşı, ABŞ səfirliyində tələbə vizası açmaq üçün I-20 formasını doldurmalısınız.  

Amerika Birləşmiş Ştatlarında universitetlərin təhsil haqqısı olduqca yüksəkdir.  Elə buna görə də ABŞ dövləti əcnəbi tələbələrə sərfəli imkan yaradan bir çox təqaüd proqramlarını təklif edir. Bunlardan biri də “Global UGRAD” təqaüd proqramıdır.

“Global UGRAD” bakalavr səviyyəsində təhsil alan I, II, III kurs tələbələri üçün nəzərdə tutulan proqramdır. Bu proqram vasitəsilə ABŞ universitetində 1 semestrlik mübadilə proqramıyla  təhsil almaq mümkündür.

 

“Global UGRAD” proqramını ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosu onu maliyyələşdirir. Bu proqramı   “World Learning” təşkilatı Vaşinqtonda, səfirliklər  isə müxtəlif ölkələrdə həyata keçirir.

“Global UGRAD” proqramına müraciət onlayn formada həyata keçirilir.

Proqrama müraciət üçün  lazım olan sənədlər:

 Transkript;

Şəxsiyyət vəsiqəsi;

2 ədəd tövsiyə məktubu;

2 esse.

“Global UGRAD” proqramı tələbələrin beynəlxalq səyahət, təhsil, yerləşdirmə və qidalanma, qəza/tibbi sığorta, kitablar üçün vəsait, aylıq kiçik təqaüdü təmin edir.

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları