Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-01 09:00:00
Azərbaycanda özəl məktəblərə maraq kəskin şəkildə artıb - SƏBƏB

 

Orta təhsil üçün özəl məktəbləri seçənlərin sayı artıb.

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət  Statistika Komitəsinin yeni çapdan çıxan “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində qeyd olunub.

Məcmuədə qeyd olunan göstəricilərə əsasən, 2018-ci ildə dövlət və özəl ümumtəhsil müəssisələrini ümumilikdə 83239 nəfər bitirib. Onların 82 477-i dövlət ümumtəhsil məktəblərini bitiriblər. 2017-ci ildə isə bu say 83 mindən çox olmuşdu.

762 nəfər isə özəl ümumtəhsil müəssisələrindən məzun olublar. 2017-ci ildə isə özəl orta məktəbləri bitirənlərin sayı 635 olmuşdu. Özəl orta məktəb məzunlarının sayında azalma 2015-ci ildə müşahidə olunub. Həmin ildə özəl məktəblərdən cəmi 393 şagird məzun olub. 2018-ci ilədək özəl məktəb məzunlarının sayını müqayisə etdikdə bu il kəskin artım olduğu məlum olur.

Qeyd edək ki,  2018-ci ildə özəl məktəbləri bitirən 762 nəfərdən yalnız 590-ı tam orta təhsil haqqında sənəd – attestat ala bilib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları