Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-31 15:35:00
Summativlərin tərtib və qiymətləndirilmə qaydaları – Hər suala neçə bal?  

Yeni qiymətləndirmə qaydaları artıq çoxlarına məlumdur. Bu qaydalar təzə tətbiq olunanda əksər müəllimlər işlərinin artmasından gileylənir, bir qismi isə əksinə, summativ qiymətləndirmələrin şagirdi buraxılış imtahanına daha yaxşı hazırladığını iddia edirdilər.

Bir neçə ay ərzində bu qiymətləndirmələrin xeyli müsbət tərəfləri üzə çıxdı. Amma əksər müəllimlərin axtardığı məqamlardan biri də summativ qiymətləndirmənin neçə sualdan ibarət tərtib edilməsi, hərəsinə neçə bal verilməsi ilə bağlıdır.

Qeyd:

Summativ qiymətləndirmələr maksimum 20 sualdan ibarət olmaqla tərtib edilə bilər. Suallar çətinlik dərəcəsinə görə, 4 səviyyə ilə qiymətləndirilir. Onlar çətinlik səviyyəsinə uyğun olaraq müxtəlif ballarla qiymətləndirilirlər.

Bütün suallar şagirdə ümumilikdə 100 bal qazandıra bilər. 0-30 aralığında bal toplayan şagird “2”, 30-60 aralığında bal toplayan şagird “3”, 60-80 aralığında bal toplayan şagird “4”, 80 – 100 aralığında bal toplayan isə “5” ilə qiymətləndirilir.

Hər sual neçə balla qiymətləndirilməlidir?

AzEdu.az summative qiymətləndirə zamanı sayından asılı olaraq hər sualın neçə balla qiymətləndirildiyini təqdim edir:

Summativ qiymətləndirmə:

-10 sualdan ibarət olarsa:

4 sual “5”, 3 sual “10”, 2 sual “15”, 1 sual “20” bal; (4*5+3*10+2*15+1*20=100 bal)

-11 sualdan ibarət olarsa:

4 sual “5”, 6 sual “10”, 1 sual “20” bal; (4*5+6*10+1*20=100 bal)

-12 sualdan ibarət olarsa:

5 sual “4”, 2 sual “7”, 2 sual “8”, 2 sual “15”, 1 sual “20” bal; (5*4+2*7+2*8+2*15+20=100 bal)

-13 sualdan ibarət olarsa:

5 sual “4”, 2 sual “7”, 2 sual “8”, 3 sual “10”, 1 sual “20” bal” (5*4+2*7+2*8+3*10+20=100bal)

-14 sualdan ibarət olarsa:

4 sual “3”, 2 sual “4”, 2 sual “7”, 2 sual “8”, 3 sual “10”, 1 sual “20” bal” (4*3+2*4+2*7+2*8+3*10+20=100 bal)

-15 sualdan ibarət olarsa:

4 sual “3”, 2 sual “4”, 5 sual “6”, 3 sual “10”, 1 sual “20” bal” (4*3+2*4+5*6+3*10+20=100 bal)

-16 sualdan ibarət olarsa:

4 sual “3”, 2 sual “4”, 5 sual “6”, 5 sual “10” bal; (4*3+2*4+5*6+5*10=100bal)

-17 sualdan ibarət olarsa:

7 sual “3”, 1 sual “5”, 4 sual “6”, 5 sual “10” bal; (7*3+1*5+4*6+5*10=100 bal)

-18 sualdan ibarət olarsa:

7 sual “3”, 5 sual “6”, 3 sual “7”, 1 sual “8”, 2 sual “10” bal; (7*3+5*6+3*7+1*8+2*10=100bal)

-19 sualdan ibarət olarsa:

7 sual “3”, 6 sual “5”, 3 sual “7”, 1 sual “8”, 2 sual “10” bal; (7*3+6*5+3*7+1*8+2*10=100bal)

-20 sualdan ibarət olarsa:

4 sual “2”, 4 sual “3”, 6 sual “5”, 2 sual “7”, 2 sual “8”, 2 sual “10” balla qiymətləndirilir. (4*2+4*3+6*5+2*7+2*8+2*10=100bal)

Qeyd edək ki, I və II səviyyə üzrə tapşırıqlar ayrı ayrılıqda ümumi sual sayının 20, II və III səviyyə üzrə tapşırıqlar isə 30%-ni təşkil etməlidir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları