Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-09 15:22:00
Sumqayıtda məktəblilər parad keçirdi

1941-1945-ci illər müharibəsində həlak olmuş qəhrəmanların xatirəsinə Sumqayıtın mərkəzində ucaldılmış abidənin önündə 9 May – Qələbə Günü münasibətilə ümumşəhər tədbiri təşkil edilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları, Milli Məclisin deputatları, bələdiyyə, sənaye müəssisələri, idarə və təşkilat rəhbərləri, özəl sektorun, şəhər ictimaiyyətinin nümayəndələri abidənin önünə gül dəstələri düzüblər.

Azərbaycanın dövlət himni səsləndirilib.

AzEdu.az-ın məlumatına görə, şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtın bir qrup müharibə və əmək veteranı ilə görüşüb, səmimi söhbət edib. Veteranlar ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müharibə veteranlarına, onların ailə üzvlərinə diqqət və qayğının bərpa olunduğun minnətdarlıqla qeyd edib, şəhərdə aparılan quruculuq işlərini dəstəklədiklərini vurğulayıblar.

Tədbir paradla davam edib. Hərbi orkestrin musiqi sədaları altında N saylı hərbi hissənin əsgərləri nizami addımlarla şəhər sakinlərinin qarşısında keçiblər. Sumqayıtın tam orta məktəblərinin komandaları müxtəlif növ hərbi qoşunların formasında parada qoşulublar.

Parad sumqayıtlılarda böyük ruh yüksəkliyi yaradıb. Küçələr boyunca düzülən şəhər sakinləri məktəbliləri alqışlarla qarşılayıblar.