Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-31 12:25:00
Məcburi köçkünlərin təhsil aldığı məktəblərdə xüsusi mərkəzlər yaradılacaq  

British Council və Britaniyanın Azərbaycandakı Səfirliyi bu il Masazırda məcburi köçkünlərin təhsil aldığı məktəbdə birinci Resurs və Təlim mərkəzini açıb.

Bu gün Masazırda yerləşən Zəngilan rayonu 33 nömrəli tam orta məktəbdə Britaniya Şurası (British Council) təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə Resurs və Təlim Mərkəzinin açılışı olub.

Açılışda təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının fövqəladə və səlahiyyətli səfiri  Ceyms Şarp, Böyük Britaniyanın Baş Nazirinin ticarət elçisi Baronessa Emma Nikolson iştirak edib.

AzEdu.az xəbər verir ki, yeni təlim mərkəzləri Masazır, Zaqatala, Tərtər, Beyləqan və Bərdə rayonlarında yerləşən məcburi köçkünlərin təhsil aldığı məktəblərdə yaradılacaq.

Yerli icmalardan tələbə və müəllimlərin cəlb edilməsi üçün lazım olan bütün yüksək keyfiyyətli təlim və tədris resurslarına, texnologiyalara və özünütəlim materiallarına sahib olacaq. British Council proqramı Birləşmiş Krallıq hökumətinin maliyyə dəstəyi ilə hazırlayır və həyata keçirir.

Resurs və Təlim Mərkəzləri Qabaqcıl Cəmiyyət Naminə Mükəmməl Bacarıqlar gənclərin özlərindən əminliyi artırması və gələcəkdə təhsil və karyera yolunda daha yaxşı imkanlara sahib olması məqsədilə onların bacarıqlarının inkişaf etdirilməsinə istiqamətlənmiş üç illik proqramdır.

Qeyd edək ki, ilbu il ilk fəaliyyətə başlayacaq Resurs və Təlim Mərkəzinin açılışı bu gün Masazırda yerləşən Zəngilan rayonu 33saylı orta məktəbdə baş tutur.

Günel Yaşarqızı
Müəllifin digər yazıları