Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-31 10:38:00
Baş nazirin elçisindən məzunlarımıza: “Müsbət nəticələri səbirsizliklə gözləyirəm"  

Güclü təhsil sisteminin formalaşması qurumlar arasındakı əlaqələrin də möhkəmlənməsinə səbəb olur.

Azedu.az xəbər verir ki, bu sözləri Böyük Britaniya Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson “British council” məzunlarının əldə etdiyi nəticələrə həsr edilmiş ilk forumda çıxışı zamanı deyib.

O bildirib ki, Britaniya təcrübəsi məzunların bilik və bacarıqlarını artıraraq iş imkanlarının genişləndirilməsinə xidmət edir:

"Daha güclü təhsil sisteminin formalaşması, qurumlar arasında körpülərin qurulmasına səbəb olur. Ümid edirəm ki, məzunların əmək bazarına keçidi yalnız onların özləri üçün deyil, həm də vətəndaşı olduqları dövlət üçün uğurlu investisiyadır. Gənclərin bir araya gəlməsi böyük hadisədir. Bu baxımdan, konfransın müsbət nəticələrini səbrsizliklə gözləyirəm".

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları