Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-30 15:52:19
Bakı Avrasiya Universitetinin tələbəsindən nümunəvi addım

Bakı Avrasiya Universitetinin III kurs tələbəsi Kənan Şahmarlı Xətai rayonu, UPO qəsəbəsi, N.Şükürov qəsəbəsində böyük bir yanğının qarşısını alıb.

Universitetdən AzEdu.az-a vürilən xəbərə görə, o, ərazidə baş vermiş yanğınla bağlı öncə “112 qaynar xətt”ə zəng vuraraq məlumat verib. Yanğınsöndürənlərin hadisə yerinə gəlişinə qədər yanğının digər ərazilərə yayılmasının qarşısını alıb. Beləliklə, geniş miqyaslı fövqaladə hadisənin qarşısının alınmasında göstərmiş olduğu vətəndaş mövqeyinə görə universitetin rəhbərliyinə Fövqaladə Hallar Nazirliyindən təşəkkür məktubu daxil olub.

Eyni zamanda, universitet rəhbərliyi tələbə Kənan Şahmarlının göstərdiyi nümunəvi addımı yüksək qiymətləndirib və təşəkkürnamə elan edib.