Azedu.az

Qızıl və gümüş medala namizədlər mütləq oxusunlar – Əks halda...  

30 Oktyabr 2019, 14:25
Qızıl və gümüş medala namizədlər mütləq oxusunlar – Əks halda...  

Məktəblərimizdə şagirdlərin qızıl və gümüş medalla təltif olunması uzunmüddətli təcrübə olsa da, bu ənənə 1992-cı ildən dayandırılıb.

Uzun müzakirələrdən sonra yalnız 2009-cu ildə qəbul edilən "Təhsil haqqında" Qanunda bu məsələ yenidən bərpa edilib

Bəs hansı şagirdlər qızıl və gümüş medalla təltif oluna bilər?

AzEdu.az xəbər verir ki, qızıl və ya gümüş medal almaq üçün şagird  ümumi orta təhsil səviyyəsinin 75 faizini "əla" qiymətlərlə bitirməlidir. Yəni  tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı, 75 faizi "əla" olmalıdır.

 Eyni zamanda, qızıl medal almaq istəyən məzunun X və XI siniflərdə bütün fənlər üzrə illik qiymətləri "beş" olmalıdır. Şagirdin olimpiadalar, rayon (şəhər), ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə iştiraki və mükafatlandırılması da nəzərə alınır.

Müvafiq təhsil şöbələri şagirdlərin qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi barədə Pedaqoji Şuranın qərarını və həmin məktəblilərin fərdi siyahısını hər il mayın 20-dən gec olmayaraq  Təhsil Nazirliyinə təqdim etməlidir.

Qeyd edək ki,  namizədliyi verilən şagirdlərin attestat qiymətləri yalnız "əla" olanlar qızıl medala,  yekun qiymətlərindən maksimum ikisi "yaxşı" (tədris dili və riyaziyyat istisna edilməklə), digərləri “əla” olanlar isə gümüş medala layiq görülür. 

Ayşə Müseyib

 

ŞOK! Ukrayna Rusiyanın nəzarətə götürdüyü bu ərazini BO*MBALADI
Son xəbərlərDaha çox