Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-30 10:05:00
Təhsil sisteminin informasiyalaşdırılması üçün nə qədər pul ayrılacaq? - Gələn ilin büdcəsi  

Təhsil xərcləri üçün ayrılan vəsaitin 22,6 milyon manatı təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı xərclərə yönləndiriləcək.

AzEdu.az xəbər verir ki, bu barədə 2020-ci il dövlət büdcəsinin zərfində bildirilib.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas məqsədlərindən biri Azərbaycan Respublikasında müasir informasiya və kommunikasiya texnologiyalarını geniş tətbiq etməklə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsidir.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları